Ağdam Sənaye Parkındakı müəssisələr işçi qüvvəsini yerli sakinlərdən formalaşdırır
sizinxeber.az xəbər saytı

Ağdam Sənaye Parkındakı müəssisələr işçi qüvvəsini yerli sakinlərdən formalaşdırır


Ağdam Sənaye Parkında fəaliyyət göstərən istehsal müəssisələri işçi kontingentini yerli sakinlərin üzərində qurur.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam Sənaye Parkının rezidenti “EOS Qrup” MMC-nin meneceri Ramin Bəhmənli deyib.

Onun sözlərinə görə, "EOS Qrup” MMC Ağdam Sənaye Parkında 1 ilə yaxındır fəsliyyət göstərir: “Burada 60-dan çox işçi çalışır. İşçilərin çoxu Ağdam rayon sakinləridir. Sevindirici haldır ki, əməkdaşlarımızın bir qismi Ağdama qayıdan kemiş məcburi köçkünlər, Sarıcalı və Kəngərli sakinləridir. Məqsədimiz müəssisənin Ağdamda olan filialının əsas işçi qüvvəsini rayon ərazisinə köçən sakinlərdən formalaşmasını təmin etməkdir. İstehsalat sahələrində müasir texnologiyalardan istifadə olunur. Fabrikin gələcək fəaliyyətinin inkişafında yerli kadrların yetişdirilməsinə çalışırıq. Namizədlərin həm Ağdamda, həm də Bakıda olan kurslara cəlb olunması, onların sertifikasiyadan keçməsi həyata keçiriləcək".

​​​​​​​

Oxşar xəbərlər

Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkına media-tur təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkına media-tur təşkil olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər