
AFFA "Araz-Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın oyunçusunu 5 oyunluq cəzalandırıb

AFFA "Araz-Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın oyunçusunu 5 oyunluq cəzalandırıb
AFFA "Araz-Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın oyunçusunu 5 oyunluq cəzalandırıb.
21.05.2025-ci il tarixində II Liqada XXVI turun “Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində “Araz Saatlı” klubunun 19 nömrəli futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Araz Saatlı” klubu 300 manat cərimə edilsin (maddə 40.3);
21.05.2025-ci il tarixində II Liqada XXVI turun “Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində “Hypers Guba” klubunun 9 nömrəli futbolçusu Ağabəkir Həşimli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyun cəzalansın, “Hypers Guba” komandası 300 manat cərimə edilsin. Stadionun əmlakına dəymiş zərər “Hypers Guba” komandası tərəfindən ödənilsin (maddə 40.3, 1, 54)