

Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
Türkiyənin İstanbul şəhərində, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramı və Kanadanın CGDL (Qlobal Dialoq və Liderlik Mərkəzi) təşkilatının birgə təşkilatçılığı ilə keçirilən nüfuzlu Beynəlxalq “Youth Impact” Forumunda Səidə Cəfərova və Elnarə Əsgərova Azərbaycanı təmsil ediblər.
“Sizinxeber.az”un məlumatına görə, hər iki nümayəndə bakalavr təhsillərini Bakı Dövlət Universitetinin Politologiya ixtisasını fərqlənmə ilə bitirmiş və hal-hazırda Magistr pilləsi üzrə təhsillərini eyni sahə üzrə davam etdirirlər.
Forum Kanadada yerləşən “Center for Global Dialogue and Leadership” (CGDL) təşkilatı tərəfindən təşkil olunub və 40-dan çox ölkədən 100-dən artıq gənc lideri, fəalı və mütəxəssisi bir araya gətirib.
Azərbaycan nümayəndə heyəti olaraq təqaüd qazanaraq forumda iştirak hüququ əldə edən gənclər, strateji müzakirələrə və liderlik yönümlü proqramlara fəal şəkildə qatılıblar.
BMT nümayəndələri, diplomatik dairələr və beynəlxalq gənclər şəbəkələri ilə birbaşa görüşlərdə Azərbaycan gəncliyinin səsini çatdıraraq regional əməkdaşlığın gücləndirilməsini vurğulayıblar.
“Bu dünyada uğrunda mübarizə aparmalı olduğumuz tək müharibə sülhdür,” – bu sözləri BMTİP-də fəaliyyət göstərmiş Səidə Cəfərova forum çərçivəsində keçirilən sessiyalardan birində çıxışında qeyd edib.
Elnarə Əsgərova çıxışında bu cür tədbirlərdən birinin mütləq Bakının ev sahibliyi etməsi üçün şəxsən təşəbbüs göstərəcəyini vurğulayıb.
Tədbirin dövlətlərin mədəniyyətlərinin tanıdılmasına həsr olunmuş hissəsində azərbaycanlı gənclər “Bayatı Şiraz” və “ Qarabağ şikəstəsi” sədası altında Azərbaycan bayrağını nümayiş etdirib və eyni zamanda mədəniyyət, tolerantlıq, multikulturalizm ölkəsi olan Azərbaycan haqqında forum iştirakçılarına məlumat verib.
Oxşar xəbərlər
Fərid Qayıbov "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq
Fərid Qayıbov: Şuşada keçirilən beynəlxalq tədbirlərdə gənclər fəal iştirak edir
“By youth for youth” adlı beynəlxalq forum iki ildən bir keçiriləcək
COP29 komandası Yaponiyada Dayanıqlı İnkişaf Forumunda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
