

Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
ABŞ-nin Cənubi Karolinanın Qrinvil şəhərində 28 May 2025-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, bununla bağlı Qrinvil şəhərinin meri Knox Vayt və şəhər şurasının üzvləri tərəfində rəsmi bəyannamə imzalanıb.
Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatına ünvanlanmış sənəddə Qrinvil şəhərinin uzun illərdir ki, müxtəlif mədəni irslərin və xalqların bir araya gəldiyi qonaqpərvər bir məkana çevrildiyi vurğulanıb. Şəhərdə yaşayan azərbaycanlı amerikalıların incəsənət, musiqi, təhsil, elm, tibb və digər sahələrdə verdiyi töhfələr xüsusi qeyd olunub.
Qeyd olunub ki, ABŞ-da yaşayan azərbaycanlılar hər il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını qeyd edir və bu tarixi Azərbaycanın Müstəqillik Günü kimi yad edirlər.
“Biz, Qrinvil şəhərinin meri və Şəhər Şurasının üzvləri olaraq 28 may 2025-ci ili ‘Azərbaycan Müstəqillik Günü’ elan edirik və bütün vətəndaşlarımızı bu əlamətdar günü qeyd etməyə dəvət edirik,” - deyə sənəddə bildirilib.
Bəyannamə Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbala təqdim olunub.
Oxşar xəbərlər
Florida ştatının Mayami-Deyd dairəsində mayın 28-i “Azərbaycanın Müstəqilliyi Günü” elan olunub
Türkiyədə Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Azərbaycan XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
