Macarıstan və Slovakiya Avropada “demokratiya” bəyannaməsinə veto qoyub
Macarıstan və Slovakiya Polşanın hazırladığı Avropada demokratiyanın gücləndirilməsi ilə bağlı bəyannamənin Avropa İttifaqı ölkələrinin qəbul etməsinə mane olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Bok məlumat verib.
Onun sözlərinə görə, demokratiyanın davamlılığı Avropa institutları və bəzi Aİ-yə üzv dövlətlər tərəfindən səhv başa düşülür.
O, xüsusilə qeyd edib ki, Polşa sənədində qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində şəffaflıq tələbi yoxdur, bu təşkilatlardan müxtəlif siyasi qüvvələr çox vaxt öz məqsədləri üçün istifadə edirlər və xaricdən pul alırlar.
“Macarıstan hökuməti hesab edir ki, bir sıra digər ölkələri, eləcə də Avropa İttifaqının liderləri demokratik cəmiyyətdə QHT-lərin rolunu düzgün başa düşmürlər”.
Oxşar xəbərlər
Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır
Macarıstan və Polşa rəsmiləri AK rəhbərinə qarşı məhkəmə prosesinə qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
