XİN: Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb etmək Azərbaycanın legitim hüququdur
Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb etmək Azərbaycanın legitim hüququdur.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı dediyi fikirlərə şərhində deyilir.
“Ermənistan Baş nazirinin problemlərin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Konstitusiyanın dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək Azərbaycanın legitim hüququdur”, - vurğulanıb.
Oxşar xəbərlər
Ayxan Hacızadə: Paşinyan Minsk Qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib
Rəsmi Bakı: Ermənistanın Azərbaycana COP29-la səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur
Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib
XİN: Ermənistan davamlı sülhdə maraqlı deyil
Ayxan Hacızadə: Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
