Pakistanın Baş naziri diplomatik dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib
sizinxeber.az xəbər saytı

Pakistanın Baş naziri diplomatik dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib


Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Report"un məlumatına görə, Pakistanın Baş naziri Azərbaycan Prezidentinə Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib.

Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.

İlham ƏIiyev regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.

Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şahbaz Şərif İlham Əliyevi və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub
Pakistanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər