XİN rəhbəri: İraqlı həmkarımla regional təhlükəsizliyin aktual məsələlərini müzakirə etdik
sizinxeber.az xəbər saytı

XİN rəhbəri: İraqlı həmkarımla regional təhlükəsizliyin aktual məsələlərini müzakirə etdik


Regionda baş verən son hadisələr, eləcə də, Hindistan ilə Pakistan arasında gərginliyin artması Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iraqlı həmkarı Fuad Hüseyn ilə görüşləri zamanı müzakirə olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri C.Bayramov bu gün iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.

"Biz Hindistan və Pakistan arasında münasibətlərin artan eskalasiyasından dərin narahatlığımızı ifadə etdik. Həmçinin həlak olanların ailələrinə başsağlığı verdik. Qardaş və bacılarımıza tezliklə sağalmaları üçün arzularımızı bildirdik. Eyni zamanda, tərəflərə vəziyyətin deeskalasiyası və bütün fikir ayrılıqlarının diplomatik yollarla həll edilməsi çağırışı ilə müraciət etdik", - C.Bayramov bildirib.

Oxşar xəbərlər

Ceyhun Bayramov iraqlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə regional vəziyyəti müzakirə edib
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə cari regional vəziyyəti müzakirə edib
Hakan Fidan iraqlı həmkarı ilə İŞİD-ə qarşı mübarizəni müzakirə edəcək
Ceyhun Bayramov: Azərbaycan və İraq arasında əlaqələrin genişləndirilməsi vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər