BMT-nin Baş katibi: Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz
BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb. Çünki dünya iki ölkə arasında hərbi qarşıdurmaya tab gətirə bilməz.
“Report” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
“Baş katib Hindistanın sərhəd boyunca apardığı “hərbi əməliyyatlar”dan (hücum – Qeyd)çox narahatdır. O, hər iki ölkəni maksimum hərbi təmkin nümayiş etdirməyə çağırır. Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz”, - bəyanatda deyilir.
Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb. Hindistanın hücumu nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb, 12 mülki şəxs isə yarlanıb.
Oxşar xəbərlər
Tramp Hindistan və Pakistan arasındakı döyüşlərə münasibət bildirib
Hindistanın Pakistana raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, yaralılar var
Pakistan Hindistana cavab zərbələri endirib, hədəflər vurulub
Rusiya XİN Hindistan və Pakistanı dialoqa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
