Belarus Baş naziri Füzuli şəhərinə gəlib
Belarus Baş naziri Aleksandr Turçin Azərbaycana səfəri çərçivəsində Füzuli şəhərinə gəlib.
Bu barədə "Report"un Füzuliyə ezam olunan əməkdaşı xəbər verir.
A.Turçin Füzuli Beynəlxalq Aeroportunda qarşılanıb.
Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.
Belarusun Baş naziri ermənilərin işğal illərində törətdiyi dağıntılarla, həmçinin şəhərin azad edilməsindən sonra Azərbaycan dövlətinin apardığı tikinti-bərpa işlərinin gedişatı ilə tanış olub.
Oxşar xəbərlər
Belarusun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
7-ci ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər
Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər
Füzuli şəhərinin işğaldan azad edilməsindən 3 il ötür
Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













