Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb
sizinxeber.az xəbər saytı

Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb


Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.

"Report"un Füzuliyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyətini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Regionun qonaqlara tanıdılması Füzuli aeroportundan başlanıb. Burada qonaqlara hava limanı ərazisinin minalardan təmizlənməsi və qısa müddətdə yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qonaqlar Füzuli rayonuna səfərləri çərçivəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Füzuli ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa, Xankəndi və Xocalıya səfər edəcək.

Oxşar xəbərlər

Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Latviya parlamentinin sədri Füzulidə səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər