Azərbaycan Prezidenti belaruslu həmkarına təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.
"Sizinxeber.az"un məlumatına görə, məktubda deyilir:
"Hörmətli Aleksandr Qriqoryeviç.
Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.
Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcək.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib
Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib
Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib
Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib
Azərbaycan lideri Misir Prezidentini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













