İtaliyalı parlamentarilər Ağdam, Xankəndi və Şuşaya səfər ediblər
Mayın 1-də İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Ağdama gəlib.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Nümayəndə heyətinin üzvləri Ağdam şəhərində görülən işlər və buradakı İmarət kompleksi ilə tanış olublar.
Sonra qonaqlar Xankəndi şəhərinə gəliblər. Onlar burada Zəfər meydanını gəziblər, qonaqlara şəhərdə görülən işlər barədə məlumat verilib.
İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Xankəndidən sonra Şuşa şəhərinə gəlib.
Səfər zamanı nümayəndə heyəti Cıdır düzü, Şuşanın tarixi məkanları, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olub.
Qonaqları Milli Məclisin deputatı, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli müşayiət edib.
Oxşar xəbərlər
İtaliyalı deputatlar Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər
İtaliya deputatları Xankəndiyə səfər edib - FOTO
Əli Əhmədov: İtaliya ilə parlamentlərarası əlaqələr iqtisadi və siyasi dialoqun inkişafına müsbət təsir göstərir
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Gürcüstandan olan azərbaycanlıların üçüncü qrupu Xankəndiyə səfər edib - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
