Əli Əhmədov: İtaliya ilə parlamentlərarası əlaqələr iqtisadi və siyasi dialoqun inkişafına müsbət təsir göstərir
İtaliya və Azərbaycan parlamentlərarası əlaqələri iki ölkə arasında iqtisadi və siyasi dialoqun inkişafına müsbət təsir göstərir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşündə deyib.
Ə.Əhmədov İtaliya və Azərbaycan arasında iqtisadi, mədəni və siyasi sahələrdə yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb.
O, İtaliyaya Azərbaycan neft və qazının ixracını iki ölkə arasında etibarlı tərəfdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Sədr müavini, həmçinin Azərbaycan ərazilərinin 30 il müddətində işğalda olduğu dövrdə İtaliyanın ölkəmizə göstərdiyi dəstəyi xüsusi qeyd edib.
İtaliya Deputatlar Palatasının Ətraf mühit, ərazi və ictimai işlər komitəsinin üzvü Salvatore Kayata nümayəndə heyəti adından göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, İtaliya və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. Salvatore Kayata İtaliya və Azərbaycan arasında inşaat sektorunda gələcək əməkdaşlıq perspektivlərinə toxunaraq, bu sahədə birgə layihələrin hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyini bildirib.
Görüşün sonunda tərəflər Azərbaycan-İtaliya münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə və qarşılıqlı əməkdaşlığın yeni perspektivlər qazanacağına dair ümidlərini ifadə ediblər.
Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.
Oxşar xəbərlər
Bu seçkilər başqaları üçün nümunədir - İtaliyalı deputat [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyalı ekspert: Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuad Hüseynəliyev: Azərbaycan Prezidentinin İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Azərbaycanda İtaliya mətbəxi həftəsinin keçirilməsi yeni üfüqlər açır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












