Bakıda Azərbaycanın Konstitusiyası və suverenliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda beynəlxalq konfrans təşkil olunub.
"Report" xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev konstitusiyanın dövlətin daxili idarəçiliyini müəyyənləşdirən sənədlə yanaşı, onun beynəlxalq arenada davranışlarını formalaşdıran əsas hüquqi baza olduğunu bildirib.
Qloballaşan dünyada dövlətlərin suverenliklərinə və daxili işlərinə təzyiqlərin artdığını deyən BMTM rəhbəri hüquqi bazanın möhkəmliyinin dövlətin müdafiə mexanizmlərindən biri olaraq çıxış etdiyini diqqətə çatdırıb.
"Dünyada baş verən proseslərə uyğun konstitusiyaya dəyişikliklər edilə bilər. Bu imkan verir ki, xaricdən gələn çağırışlara cavab verək. Bu çağırışlar hazırda da davam edir. Daxili siyasət və iqtisadiyyatın möhkəmləndirilməsində konstitusiya və digər qanunvericilik aktları vacib rol oynayır".
BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov deyib ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş konstitusiya dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında əsaslı dönüş nöqtəsi olub: "Konstitusiyamız əldə edilən tarixi nailiyyətlərin hüquqi əsasını təşkil edir".
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş konstitusiya demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olub və indiyədək bu sənəd ölkədə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynayıb.
Maliyyə nazirinin birinci müavini Anar Kərimov qeyd edib ki, konstitusiya hər bir müstəqil dövlətin varlığının hüquqi əsasını təşkil edən sənəddir, o yalnız siyasi və hüquqi sistemin deyil, eyni zamanda iqtisadi idarəçiliyin də əsaslarını müəyyənləşdirir.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası dövlətin iqtisadi fəaliyyətinin hüquqi çərçivəsini dəqiq şəkildə təsbit edir və maliyyə sisteminin formalaşdırılmasında mühüm rol oynayır.
Balıkesir Universitetinin rektoru Yücel Oğurlu Türkiyənin bu sahədə təcrübələrini bölüşüb, konstitusiyanın təkcə hüquqi sənəd deyil, eyni zamanda xalqın suverenliyinin, dövlətin müstəqilliyinin və milli birliyin təminatı olduğunu diqqətə çatdırıb. Onun fikrincə, konstitusiyalar yalnız dövlətin daxili idarəçiliyini deyil, onun beynəlxalq münasibətlərdəki mövqeyini də formalaşdırır.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov konstitusiyanın ölkənin hüquqi portreti olduğunu bildirib:
"Konstitusiya həm də beynəlxalq birliyə qoşulan dövlət tərəfindən təqdim edilən bəyannamədir. Konstitusiya beynəlxalq birlikdə dövlətin yerini göstərir, bu sənəd daxili faktorlara və ümumbəşəri dəyərlərə əsaslanmalıdır".
BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev konstitusiya və insan hüquqları mövzusunda geniş təqdimatla çıxış edib.
"Azərbaycan Konstitusiyası bütövlükdə insan hüquqları konsepsiyasına həsr edilib. Çoxsaylı hüquqlar, fundamental beynəlxalq hüquqi aktlarda əksini tapan hüquqlar bizim konstitusiyada əks olunub".
Tədbir daha sonra BDU tələbələrinin və hüquq ictimaiyyətinin nümayəndələrinin fəal iştirakı ilə interaktiv və elmi fikir mübadiləsi formasında davam etdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk konstitusiya son otuz ildə dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi kimi əsas məqsədlərin həyata keçirilməsi üçün vacib hüquqi baza rolunu oynayıb.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Mətin Məmmədli: Ulu Öndərin müstəqillik yolunda atdığı addımlardan biri də Azərbaycan Konstitusiyasının qəbul olunmasıdır
BMTM-in rəhbəri: Fransa Ermənistanda revanşistləri silahlandırır
AİHM-nin hakimi: Azərbaycanda insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir
Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib
BMTM rəhbəri televiziyalardakı siyasi səpkili məsələlərə emosional yanaşmağı doğru saymır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
