AİHM-nin hakimi: Azərbaycanda insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir
Konstitusiya dövlətin siyasi-hüquqi portretidir.
"Sizinxeber.az” xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimi Lətif Hüseynov “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Konstitusiya ali qanun kimi xarakterizə edilməlidir:
"Beynəlxalq birliyə qoşulan dövlət üçün Konstitusiya həm bəyannamə, həm də beynəlxalq aləmə göndərilən mesajlardır. Hakimiyyət Azərbaycanda dövlətə və xalqa məxsusdur.
Müstəqil Azərbaycanda Konstitusiyanın qəbul edilməsi Sovet rejiminin qalıqlarının tam aradan qaldırılması demək idi. Azərbaycan 1995-ci ildə beynəlxalq birliyə öz Konsititusiyasına malik ölkə olduğunu və bütün dövlətlərlə əməkdaşlıq etmək hazırlığını nümayiş etdirdi. Azərbaycanda insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir".
L.Hüseynov Konstitusiyada Azərbaycanın hüquqi və demokratik dövlət olmasına dair müddəaların dəyişdirilməsinin mümkünsüzlüyünü də vurğulayıb.
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib
Mətin Məmmədli: Ulu Öndərin müstəqillik yolunda atdığı addımlardan biri də Azərbaycan Konstitusiyasının qəbul olunmasıdır
MM Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib
İstanbulda beynəlxalq konfransda deportasiya, miqrasiya və insan hüquqları ilə bağlı müzakirələr aparılıb
Türkiyə və Azərbaycanın Konstitusiya Məhkəmələrin sədrləri miqrasiya və insan hüquqları mövzusunda müzakirələr aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













