Əziz Ələkbərli: ICESCO-nun Qərbi Azərbaycandakı abidələrin qorunmasına töhfə verməsini istəyirik
sizinxeber.az xəbər saytı

Əziz Ələkbərli: ICESCO-nun Qərbi Azərbaycandakı abidələrin qorunmasına töhfə verməsini istəyirik


İcma ICESCO-nun Qərbi Azərbaycandakı abidələrin qorunmasına töhfə verməsini istəyir.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşdə deyib.

Onun sözlərinə görə, qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində böyük mədəni irs yaradıblar:

“Bu irs təkcə müsəlmanların deyil, həm də dünyanın mədəni irsidir. Biz dünya ictimaiyyətinə həmin mədəni irs haqqında məlumat veririk, onların bərpa olunmasını tələb edirik, dağıdılmasının qarşısının alınmasını istəyirik. İstərdik ki, ICESCO da Qərbi Azərbaycandakı abidələrin qorunmasına töhfə versin. Biz bununla bağlı UNESCO-ya da müracət etmişik. Ancaq təəssüflər olsun ki, Ermənistan ərazisindəki Qərbi Azərbaycan abidələrinin monitorinqinə icazə verməyib”.

Oxşar xəbərlər

İcma sədri: Azərbaycan lCESCO xətti ilə dəyərlərini beynəlxalq ictimayəttə çatdırır
Qərbi Azərbaycandakı mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı lCESCO-ya məlumatlar təqdim ediləcək
İcma sədri: Erməni soyadlarının 70 faizi Azərbaycan-türk adlarından ibarətdir
Azərbaycanda ICESCO-nun regional ofisi yaradılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər