Qərbi Azərbaycandakı mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı lCESCO-ya məlumatlar təqdim ediləcək
sizinxeber.az xəbər saytı

Qərbi Azərbaycandakı mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı lCESCO-ya məlumatlar təqdim ediləcək


Qərbi Azərbaycandakı mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı lCESCO-ya məlumatlar təqdim ediləcək.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan ərazisindəki mədəniyyət nümunələri təkcə Azərbaycan xalqı və mədəniyyəti deyil, eyni zamanda İslam dünyasının, ümumilikdə dünya sivilizasiyasının da mirasıdır:

"Abidələrin dağıdılması dünya mədəniyyətinə qarşı törədilmiş cinayətdir. Hazırda Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan ərazisindəki mədəniyyət abidələrinin dəqiq qeydiyyatı mövcuddur. Biz bu abidələrin mövcud vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən lCESCO-ya məlumatlarımızı təqdim edəcəyik. Şübhəsiz, həmin qurumların imkanlarından istifadə etməklə Qərbi Azərbaycanda müsəlman mədəniyyət nümunələrinin dağıdılması prosesinin qarşısını almağa çalışacağıq”.

Ə.Ələkbərli bildirib ki, bu yaxınlarda İrəvan şəhərindəki sonuncu Azərbaycan yaşayış məntəqəsi olan Təpəbaşı məhəlləsi, oradakı mədəniyyət abidələri, o cümlədən Abbasqulu Xan İrəvanskinin inşa etdirdiyi Təpəbaşı məscidi ilə bağlı da UNESCO-ya, həmçinin beynəlxalq təşkilatlara müraciət olunub:

"Həmin ərazilər, yəni tarixi bölgə statusunu daşıyan yaşayış məntəqəsi və onun ətrafında yerləşən abidələrin dağıdılmasının qarşısının alınması ilə bağlı təcili şəkildə öz səsimizi ucaltdıq”.

Oxşar xəbərlər

İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır"
Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü qeyd olunub
İcma sədri: Erməni soyadlarının 70 faizi Azərbaycan-türk adlarından ibarətdir
Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı salınacaq
Varşavada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı foto sərgi açılıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər