Səfir: Çin Azərbaycanı suverenlik, ərazi bütövlüyü məsələsində qətiyyətlə dəstəkləməyə davam edəcək
sizinxeber.az xəbər saytı

Səfir: Çin Azərbaycanı suverenlik, ərazi bütövlüyü məsələsində qətiyyətlə dəstəkləməyə davam edəcək


Çin Azərbaycanı suverenlik, ərazi bütövlüyü, həmçinin təhlükəsizliyinin müdafiəsi məsələsində qətiyyətlə dəstəkləməyə davam edəcək.

"Sizinxeber.az"un məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey bəyan edib.

O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev "Azərbaycanın Çin hökumətinin Tayvanla ölkənin birləşməsinin həyata keçirilməsi üçün bütün səylərini qətiyyətlə dəstəklədiyini" bir daha təsdiqləyib.

Diplomat qeyd edib ki, Azərbaycan Prezidentinin Çinə səfəri iqtisadiyyat, ticarət, nəqliyyat, aerokosmik sənaye, elm və texnologiya, mədəniyyət və yerli özünüidarəetmə sahələrində 20 sənədin imzalanması ilə əlamətdar olub.

"Tərəflər investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılması, azad ticarət sazişi üzrə danışıqların başlanması, beynəlxalq avtomobil daşımaları haqqında hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi, mədəniyyət günlərinin və turizmin təşviqi tədbirlərinin birgə təşkili və s. kimi sahələrdə bir sıra konkret razılaşmalara nail olublar ki, bu da hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş imkanlar açır", - deyə səfir bildirib.

Oxşar xəbərlər

Fariz Rzayev: “Azərbaycan və Serbiya bütün sahələrdə konstruktiv əməkdaşlığı davam etdirəcək”
Azərbaycan, Türkiyə və Özbəkistan ərazi bütövlüyünə qarşı addımlarla bağlı birgə hərəkət edəcək
Elnur Əliyev: “Sahibkarlar tərəfdaş ölkələrlə birgə layihələr icra edə bilərlər”
Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər