"Sosial İnkişaf üzrə QHT Koalisiyası"nın rəhbəri ədalət uğrunda mübarizədə birləşməyə çağırıb
Misli görünməmiş geosiyasi çağırışlar şəraitində Qlobal Cənub QHT Platformasının yaradılması qlobal problemlərin həlli yolunda mühüm addımdır.
Bu barədə “Report”a yeni platformanın təsis konfransı çərçivəsində BMT yanında "Sosial İnkişaf üzrə QHT Koalisiyası"nın rəhbəri Melvin Vaciri bildirib.
M.Vacirinin sözlərinə görə, iqlim dəyişikliyi və sosial ədalətsizlik dünya ictimaiyyəti qarşısında duran əsas çağırışlar olaraq qalır: "Müasir dünyada çoxsaylı yanlış narrativlər yayılır, insanlar informasiya axınında itir və nəyə inanacaqlarını bilmirlər. Bu kontekstdə ümumi məqsədlərə çatmaq üçün səfərbər olan QHT-ləri dəstəkləmək son dərəcə vacibdir".
QHT Koalisiyasının rəhbəri əmindir ki, birgə səylərlə mövcud narrativi dəyişmək və bəşəriyyət tarixində yeni bir səhifə yazmaq mümkündür: "Biz sosial, iqlim, siyasi və iqtisadi ədalətin bərqərar olmasına çalışırıq. İndi hərəkətə keçmək vaxtıdır və Azərbaycan artıq lazımi tempi müəyyən edib. Mən dünyanın hər yerindəki bütün qurumları hərəkatımıza qoşulmağa çağırıram. Bununla biz QHT-lər üçün ümumi məkan yarada və real dəyişikliklərə nail ola bilərik".
Oxşar xəbərlər
Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək
Zahid Oruc: İqlim dəyişikliyinin əsas səbəblərı sırasında sosial amillər xüsusi yer tutur
BMT rəsmisi: Qlobal Cənub QHT Platformas müstəmləkəçiliyə qarşı birgə mübarizə müstəvisidir
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
BMT-nin nümayəndəsi: Qlobal Cənub QHT Platforması region ölkələrinin beynəlxalq arenada mövqelərini gücləndirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
