Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub
sizinxeber.az xəbər saytı

Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub


Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Formunun nümayəndəsi Ramil İsgəndərli Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında məlumat verib.

Onun sözlərinə görə, bu gün tək platforma yaradılmır, həm də qlobal hərəkat təsis edilir.

R.İsgəndərli xatırladıb ki, COP29-dan qaynaqlanan bu idea bərabərlik üçün vuruşan insanları bir araya gətirir:

"Düşündük ki, Qlobal Cənub QHT Platformasını yaratmağın vaxtı çatıb. Bura toplaşmağımızın məqsədi sükunətə son vermək, qlobal arenada səsimizi duyurmaqdır. Qlobal Cənub Platforması eyni dini, çətinlikləri olan insanları birləşdirir, sıx əməkdaşlığa və birlikdə layihələrin həyata keçirilməsini vacib edir. Birlikdə dünyamızı daha da bərabər və parlaq yerə çevirə bilərik".

Qeyd edək ki, iki gün davam edəcək tədbir 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.

Oxşar xəbərlər

Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
BMT rəsmisi: Qlobal Cənub QHT Platformas müstəmləkəçiliyə qarşı birgə mübarizə müstəvisidir
Braziliya nümayəndəsi: Yeni platforma Qlobal Cənubun ədalətsizliyə qarşı mübarizəsini zəruri edir
Ramil İskəndərli: Qlobal Cənub QHT Platformasını 140-a yaxın ölkənin təşkilatları dəstəkləyib
Prezident: İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər