Dövlət başçısı: Azərbaycan ərazisindən bütün istiqamətlər üzrə daşınan yüklərin həcmi artmaqdadır
“Azərbaycanın ərazisindən bütün istiqamətlər üzrə daşınan yüklərin həcmi artmaqdadır”.
Sizinxeber.az-nın əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında bildirib.
“Bağlantılar və nəqliyyat əlaqələrinin inkişafı müzakirələrimizin mühüm hissələrindən biri oldu. Azərbaycan regional nəqliyyat layihələrinin fəal iştirakçısı və bir çox hallarda təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Qonşularımız və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərimiz bizə bütün iştirakçıların maraqlarına xidmət edən geniş əməkdaşlıq formatı yaratmağa imkan verib.
Bu gün Azərbaycanın ərazisindən bütün istiqamətlər üzrə daşınan yüklərin həcmi artmaqdadır. Biz Azərbaycanda və qonşu ölkələrdə nəqliyyat infrastrukturuna böyük həcmdə investisiyalar yatırmışıq və bu prosesi davam etdiririk. Yeni geosiyasi vəziyyəti nəzərə alaraq, ticarət marşrutlarımızın və dəmir yolu infrastrukturumuzun ötürücülük qabiliyyətinin artırılmasına ehtiyac olduğunu görürük. Bütün bunları müəyyən edilmiş qrafikə uyğun və öz maliyyə resurslarımız hesabına həyata keçiririk”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir
Azərbaycan ərazisindən Şərq-Qərb dəhlizi ilə daşınmış yüklərin həcmi açıqlanıb
Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmi açıqlanıb
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi açıqlanıb
Nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
