Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - YENİLƏNİB
“NomadMania” beynəlxalq səyyah klubunun üzvləri Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
"Report"un Qarabağ bürosunun Cəbrayıl rayonuna ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlara ərazidə minatəmizləmə işlərinin əməliyyat şəraiti barədə məlumat verilib.
Qeyd edilib ki, ərazidə metal qırıntıları çox olduğu üçün seçilən sahələr kiçik beldən istifadə etməklə, yəni əllə qazma üsulu ilə təmizlənir.
“NomadMania” beynəlxalq səyyah klubunun üzvləri işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfərləri çərçivəsində Cəbrayıl rayonuna gəliblər.
"Report"un Qarabağ bürosunun Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, səyyahlar öncə rayonun Mehdili kəndi ərazisindəki minatəmizləmə sahəsində olublar.
Sahə barədə ANAMA-nın Ərazi üzrə əməliyyat rəhbəri Qadir Namazəliyev səyyahlara məlumat verib. Bildirilib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra buradan məcburi köçkün düşən əhalinin öz doğma yurdlarına qayıtması üçün ilk olaraq ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işinə start verilib.
O da vurğulanıb ki, işğalda olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən, digər yaşayış məntəqələrində olduğu kimi, Cəbrayıl rayon mərkəzi də daxil olmaqla bütün yaşayış məntəqələrində vandalizm aktları törədilib. Ermənilər dağıdılan əraziləri pərakəndə şəkildə, heç bir qayda gözləmədən mina və partlamamış hərbi sursatlarla çirkləndiriblər.
Qeyd edilib ki, Cəbrayıl rayonu Mehdili kəndi ərazisində aparılan minatəmizləmə fəaliyyəti zamanı ərazidən 92 iş günü ərzində cəmi 875 ədəd mina aşkarlanıb və zərərsizləşdirilib. Bunlardan 155 ədədi tank əleyhinə, 720 ədədi piyada əleyhinə, 1 ədədi isə əldəqayırma partlayıcı mina olub. Ərazidən tapılan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu müəyyənləşib.
Sonra "NomadMania" səyyah klubunun üzvləri ərazidə minatəmizləmə işlərinin əməliyyat şəraiti ilə tanış olublar.
Oxşar xəbərlər
Beynəlxalq səyyahların Cəbrayıl rayonuna səfəri başlayıb
“NomadMania” səyyah klubu Cəbrayılda mina təmizləmə prosesini izləyib - FOTO - VİDEO - YENİLƏNİB
Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər
Beynəlxalq səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib
Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













