Beynəlxalq səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib
Beynəlxalq səyyahlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini izləyiblər.
“Sizinxeber.az” xəbər verir ki, səyahətçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzuli rayonunun Horadiz kəndinə gəliblər.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri qonaqlara işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmənin necə aparıldığını, hansı ərazilərin artıq təmizləndiyini və qarşıda hansı işlərin görülməli olduğu barədə məlumat veriblər.
Qonaqlara həmçinin daha əvvəl aşkar edilmiş və zərərsizləşdirilmiş tank əleyhinə minaların partladılması nümayiş etdirilib.
Xatırladaq ki, 35 nəfərdən ibarət beynəlxalq səyyahdan ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədir. Bu gün onlar Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olublar.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil edilib.
Son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Çarlz Veylinin başçılıq etdiyi bu qrupun səfəri sayca 11-ci olub.
Səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir
Oxşar xəbərlər
Beynəlxalq səyyahlar Füzuli rayonuna səfər ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyalı səyyah: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq səyyahlar Ağdama səfər ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












