“NomadMania” səyyah klubu Cəbrayılda mina təmizləmə prosesini izləyib - FOTO - VİDEO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
apr
2025
13:50

“NomadMania” səyyah klubu Cəbrayılda mina təmizləmə prosesini izləyib - FOTO - VİDEO - YENİLƏNİB

26 apr, 2025
13:50
662

“NomadMania” səyyah klubu Cəbrayılda mina təmizləmə prosesini izləyib - FOTO - VİDEO - YENİLƏNİB

Dünya şöhrətli “NomadMania” səyyah klubu Cəbrayıl rayonunda olub.

Sizinxeber.az xəbər verir ki, səyyahlar rayonun Mehdili kəndi ərazisində minatəmizləmə əməliyyatı ilə yaxından tanış olublar.

***

12.29

Dünya şöhrətli “NomadMania” səyyah klubunun Cəbrayıl rayonuna səfəri başlayıb.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, dünya səyyahları rayonun Mehdili kəndində aparılan minatəmizləmə əməliyyatı ilə tanış olacaqlar.

Qeyd edək ki, aprelin 24-də dünyanın 30 ölkəsindən olan beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb.

6 qitəni təmsil edən səyyahların yer aldığı qrupun rəhbəri dünya şöhrətli səyyah, NomadMania klubunun təsisçisi Hari Mitsidisdir. Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olub. Aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edib.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Bizimlə əlaqə saxlayın