Feridun Sinirlioğlu: ATƏT strateji məsələlərdə Azərbaycana dəstək verməyə hazırdır
sizinxeber.az xəbər saytı

Feridun Sinirlioğlu: ATƏT strateji məsələlərdə Azərbaycana dəstək verməyə hazırdır


Artıq müəyyən illər ərzində ATƏT yaşıl limanlar layihələri həyata keçirib.

Sizinxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramov qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da bizim gündəliyimizin tərkib hissəsi ola bilər: “ATƏT-in baş katibi bu gün Bakı Ticarət Limanına da səfər edib, limanın genişlənməsi işləri ilə də tanış olub. Bu məsələlər 2022-ci ildə ATƏT-lə imzalanmış razılaşmaya əsaslanır. Ölkəmizdə nəhəng nəqliyyat infrastrukturunun yaradılması üçün nəhəng layihələr həyata keçirilir. Ölkə ərazisində həyata keçirilən bir sıra nəhəng layihələr barədə danışarkən Bakı Ticarət Limanı da böyük əhəmiyyətə malikdir. Bakı Ticarət Limanının fəaliyyəti enerji sərfiyyatının qənaətli işləməsi meyarlarına görə yaşıl limanlar konsepsiyasına uyğun gəlib. Bu da ATƏT çərçivəsində həyata keçirilən layihələrdən biridir. Bununla paralel olaraq Limanın özündə də yeni investisiyalar həyata keçirilir, Limanın yükgötürmə qabiliyyəti 25 milyon tona qədər artırılacaq”.

Feridun Sinirlioğlu qeyd edib ki, nəqliyyat və digər sahələrdə əməkdaşlıqlarımızı genişləndirmək üçün müzakirələr aparıblar: “ATƏT strateji məsələlərdə Azərbaycana dəstək verməyə hazırdır. Bugünkü yüksəksəviyyəli əməkdaşlığa görə təşəkkür edirəm”.

Oxşar xəbərlər

Ceyhun Bayramov: Azərbaycan ATƏT-in minatəmizləmə sahəsindəki təcrübəsindən faydalanmağı planlaşdırır
Feridun Sinirlioğlu: ATƏT Azərbaycanda minaların təmizləməsinə töhfə verməyə hazırdır
Nazir: “Yaşıl Limanlar” konsepsiyası ATƏT çərçivəsində həyata keçirilir və əlaqələrin qurulmasına xidmət edir
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdiyi məsələləri açıqlayıb
Feridun Sinirlioğlu: Sülh və təhlükəsiz gələcəyi təmin etmək istiqamətində ATƏT rol oynaya bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər