Nazir: “Yaşıl Limanlar” konsepsiyası ATƏT çərçivəsində həyata keçirilir və əlaqələrin qurulmasına xidmət edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
apr
2025
19:30

Nazir: “Yaşıl Limanlar” konsepsiyası ATƏT çərçivəsində həyata keçirilir və əlaqələrin qurulmasına xidmət edir

25 apr, 2025
19:30
684

Nazir: “Yaşıl Limanlar” konsepsiyası ATƏT çərçivəsində həyata keçirilir və əlaqələrin qurulmasına xidmət edir

“Yaşıl Limanlar” konsepsiyası ATƏT çərçivəsində həyata keçirilən layihələrdən biridir və əlaqələrin qurulmasına xidmət edir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Avropa və Asiyanın strateji qovşağında, eləcə də Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların kəsişməsində yerləşən Bakı Limanının Avrasiyanın aparıcı logistika və ticarət mərkəzinə çevrilməsi istiqamətində tədbirlər görülür:

“Bu çərçivədə, həmçinin “Yaşıl Liman” konsepsiyasının tətbiq edilməsi istiqamətində işlər aparılır. Bakı Ticarət Limanı bu gün xüsusi əhəmiyyətə malikdir. Yaxın illərdə limanın ötürücülük qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq”.

Bizimlə əlaqə saxlayın