Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdiyi məsələləri açıqlayıb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdiyi məsələləri açıqlayıb


Bu gün ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə bir neçə istiqamət üzrə faydalı müzakirələr apardıq.


Sizinxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi ilə birgə mətbuat konfransında deyib.


Nazir bildirib ki, bu sırada Azərbaycan və ATƏT arasında olan əməkdaşlıq vəziyyətləri, postmünaqişə dövrünə aid olan mövzular, eyni zamanda ölkəmizdə həyata keçirilən bərpa quruculuq işləri istiqaməti ilə bağlı ətraflı məlumatlar təqdim olunub: “Daha geniş coğrafiyada ATƏT üzv ölkələrini və qonşu ölkələri əhatə edən coğrafiyada mövcud vəziyyət və mümkün həll yolları barədə müzakirələr aparıldı. Ölkələr arasında inamın azalması, etnik və dini dözümsüzlük və bir sıra digər faktorlar müzakirə predmeti olub. Belə kövrək münasibətlərdə ATƏT kimi təşkilatın qərarların qəbul edilməsi mexanizmi yeni şərtlərə çevik adaptasiya edilməsi və s. fikir mübadiləsi aparıldı”.

Oxşar xəbərlər

Ceyhun Bayramov ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
ATƏT-in Baş katibi Azərbaycan və Ermənistanı sülh üçün dialoqa davam etməyə çağırıb
Ceyhun Bayramov ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov ATƏT-in yeni baş katibi ilə telefonla danışıb
Ceyhun Bayramov ATƏT-in yeni təyin olunmuş baş katibi ilə telefonla danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər