Kaya Kallas: Aİ Azərbaycan-Ermənistan sülh sazişinin dayanıqlı olmasına yaxından dəstək verir
Azərbaycan və Ermənistan arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək veririk.
APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Eyni zamanda, Azərbaycan-Ermənistan arasında əlaqələrin normallaşdırılması barədə gözəl müzakirələrimiz oldu. Biz iki ölkə arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək veririk. Sülh sazişinin mətn hissəsinin razılaşdırılmasını məmnuniyyətlə qarşılayıram. Ümid edirəm ki, növbəti addımlar daha məhsuldar olacaq”, - Kallas qeyd edib.
Oxşar xəbərlər
Aİ rəsmisi: Azərbaycan və Ermənistan arasında sülh sazişinin dayanıqlı olmasını dəstəkləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kallas: Aİ minatəmizləmə sahəsində Azərbaycana dəstək göstərir və bu dəstək davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kaya Kallas: Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













