Milli Məclisin deputatları NATO PA-nın seminarında iştirak edəcəklər
sizinxeber.az xəbər saytı

Milli Məclisin deputatları NATO PA-nın seminarında iştirak edəcəklər


Milli Məclisin deputatları - Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvü Samir Vəliyev və Cavanşir Feyziyev TÜRKPA xətti ilə NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik komitəsi ilə Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupunun birgə seminarında iştirak etmək üçün aprelin 27-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəklər.

Bu barədə "Sizinxeber.az"a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, Türkiyənin xarici və təhlükəsizlik siyasəti prioritetləri, Suriya və Yaxın Şərqin dəyişən strateji mənzərəsi, Körfəz ölkələrinin artan rolu və regionda NATO ilə tərəfdaşlığın gücləndirilməsi, terrorizm təhlükəsi və NATO-nun terrorla mübarizədə mövqeyi və digər mövzular müzakirə olunacaq.

Səfər mayın 1-də başa çatacaq.

Oxşar xəbərlər

Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin deputatları QDİƏT PM-in tədbirində iştirak edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı deputatlar Türkiyəyə səfər edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini izləyəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər