Nizami Səfərov: Azərbaycan və Qazaxıstan parlamentlərarası əməkdaşlığı fəal şəkildə inkişaf etdirir
Azərbaycan və Qazaxıstan parlamentlərarası əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda fəal şəkildə inkişaf etdirir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Nizami Səfərov Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclasında bildirib.
"Bu iş davam edir və mən çox ümid edirəm ki, gələcəkdə qazaxıstanlı həmkarlarımızla ikitərəfli formatda səmərəli əməkdaşlıq edə biləcəyik", - o qeyd edib.
Deputat xatırladıb ki, Bakı və Astana arasında 40-dan çox beynəlxalq-hüquqi sənəd imzalanıb ki, bunların arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında bəyannamə də yer alır.
N.Səfərov vurğulayıb ki, Qazaxıstan və Azərbaycan cinayətkarlıqla mübarizə üzrə ümumi strategiya işləyib hazırlamalıdır.
"Müasir təhdidlərə qarşı durmaq üçün təcrübə mübadiləsi aparmaq və parlamentlərarası əməkdaşlığı gücləndirmək lazımdır", - o bildirib.
Oxşar xəbərlər
Qazaxıstanlı rektor: TDT ölkələri qurumlararası əməkdaşlığı fəal şəkildə inkişaf etdirir
Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır
Elnur Məmmədov: Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











