Qazaxıstanlı rektor: TDT ölkələri qurumlararası əməkdaşlığı fəal şəkildə inkişaf etdirir
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri qurumlararası əməkdaşlığı fəal şəkildə inkişaf etdirir və hazırda heç bir həll olunmamış məsələ yoxdur.
Bu barədə “Sizinxeber.az”un sualını cavablandıran Qazaxıstan Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanları Akademiyasının rektoru Marat Seksenbayev bildirib.
"Bugünkü gündə həm ali siyasi rəhbərlik səviyyəsində, həm də səlahiyyətli qurumların rəhbərləri səviyyəsində heç bir problem yoxdur. Yaranan bütün məsələlər müzakirələr zamanı həll olunur", - M.Seksenbayev vurğulayıb.
Onun sözlərinə görə, təşkilat çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir: "Azərbaycan və Qazaxıstan bu sahədə də sıx əməkdaşlıq edir. İki ölkənin təhsil müəssisələri birgə tədqiqatlar aparır, tələbə və müəllimlər üçün təcrübə proqramları təşkil edir. Biz çox sıx və konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstəririk".
Oxşar xəbərlər
Qazaxıstan Azərbaycana birgə qaz layihələrinin həyata keçirilməsi imkanlarını araşdırmağı təklif edir
Türkiyə Ədliyyə Akademiyasının rəhbəri: Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz
TDT ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyata dair saziş bağlamağı planlaşdırır
Tokayev və Putin ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











