Məsud Pezeşkian aprelin sonunda Azərbaycana böyük nümayəndə heyəti ilə səfər edəcək
İran Prezidenti Məsud Pezeşkianın səfərinə hazırlıq çərçivəsində böyük nümayəndə heyəti Azərbaycana gələcək.
APA xəbər verir ki, bu barədə Ərdəbil şəhərində keçirilən Dövlət və Özəl Sektorun Dialoq Şurasının iclasında İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmüəzzin yerli mediaya açıqlamasında məlumat verib.
O bildirib ki, Pezeşkian Azərbaycana səfərə Ərdəbil və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor fəalı, iş adamı, ölkənin 4 vilayətinin valiləri ilə birlikdə gələcək.
Onun sözlərinə görə, heyətin bir qismi prezidentin səfərindən əvvəl - aprelin 27-də Azərbaycana səfər edəcək.
Qeyd edilib ki, Pezeşkianı səfər zamanı ümumilikdə 110-120 nəfər müşayiət edəcək.
Oxşar xəbərlər
İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
İran prezidenti Məsud Pezeşkian Nyu Yorka səfər edəcək
Pezeşkian sabah Tacikistana səfər edəcək
Pezeşkian Rusiyaya səfər edəcək
Pezeşkian Azərbaycana rəsmi səfərə gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













