Səfir: Yaxın zamanda Mərakeşdən Azərbaycana bir neçə yüksək səviyyəli səfər planlaşdırılır
Yaxın zamanda Mərakeşdən Azərbaycana bir neçə yüksək səviyyəli səfər planlaşdırılır.
Bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib.
“Hazırda iki ölkənin parlament üzvləri də qarşılıqlı səfərlər edirlər. Yaxın zamanda bir neçə mühüm yüksək səviyyəli səfər planlaşdırılır. Bunlardan biri may ayında baş tutacaq”, - səfir qeyd edib.
Diplomat iki ölkə arasıda diplomatik əlaqələrin tarixi və bugünkü inkişaf tendensiyasına da toxunub:
“Mərakeş və Azərbaycan arasında münasibətlər kifayət qədər uzun tarixə malikdir. Biz artıq 30 ildən çoxdur, bu münasibətləri qeyd edirik. Siyasi münasibətlər yaxşı səviyyədədir. Mərakeşlə Azərbaycan ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir.
Xatırladım ki, Mərakeşdə 2023-cü ilin noyabr ayında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın iclası uğurla keçirilib. Azərbaycandan geniş biznes heyətinin də Mərakeşə səfəri baş tutub.
Biz çox şadıq ki, Mərakeşin Baş naziri , həmçinin energetika və ətraf mühit naziri COP29-da iştirak edib. Biz COP29-da iştirak edən ən böyük nümayəndə heyətlərindən biri idik. Gələcəkdə də yüksək səviyyəli qarşılıqlı səfərlər olacaq”.
Oxşar xəbərlər
Azərbaycan və Xorvatiya arasında XİN başçılarının müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək
Bu il Mərakeş-Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Mərakeşin səfiri: İki ölkə arasında viza rejiminin ləğvindən sonra turizm sahəsində də ciddi artım müşahidə olunub
Səudiyyə Ərəbistanından 100-ə yaxın iş adamı Azərbaycana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
