Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasında köməyini təklif edir
Rusiya Azərbaycana və Ermənistana sülh prosesində yardım göstərməyə hazır olduğunu bir daha təsdiqləyir.
“Report”un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “NEWS.ru”nun sualını cavablandırarkən bildirib.
O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə əldə etdikləri razılaşmaların öz aktuallığını tam qoruyub saxladığını xatırladıb.
"Biz bunu hər həftə suallara cavab verərkən təkrarlayırıq. Çoxtərəfli formatda tam qarşılıqlı fəaliyyətin tezliklə bərpası, əlbəttə ki, Cənubi Qafqazda davamlı sülhün və rifahın bərqərar olmasına kömək edərdi. Əlbəttə, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışığın bütün əsas istiqamətlərində yardım göstərməyə hazırıq", - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi ilə müvafiq üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat və iqtisadi kommunikasiyaların açılması istiqamətində müsbət irəliləyişlər əldə edilib.
"Biz sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində öz təcrübəmizi bölüşməyə hazırıq. Hesab edirəm ki, bu sahədə mütəxəssislərimiz postsovet məkanında ən yaxşılardan biri kimi tanınır. Bizim unikal kartoqrafik materiallarımız var, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi illərində yığılmış humanitar məsələlərin həllində də kömək edə bilərik. Ümumiyyətlə, yalnız şad olarıq. Amma bir daha deyirəm, yeni bir şey söyləməyəcəyəm. Azərbaycanlı və erməni dostlarımıza münasibətlərin normallaşması prosesini irəli aparmaqda kömək etməyə həmişə şadam", - o əlavə edib.
Oxşar xəbərlər
Rusiya XİN: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır”
Rusiya XİN sözçüsü: Nəqliyyat kommunikasiyalarının açılması regionun maraqlarına cavab verməlidir
Zaxarova: Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdır
Rusiya Paşinyanı ölkələrin sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb
Zaxarova: Rusiya Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti izləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
