Rusiya XİN sözçüsü: Nəqliyyat kommunikasiyalarının açılması regionun maraqlarına cavab verməlidir
Əgər “Şimal-Cənub” nəqliyyat dəhlizindən danışırıqsa, o zaman əsas iş Azərbaycan və İranla təmasda aparılır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sizinxeber.az”un Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması "Şimal-Cənub" dəhlizinin bir hissəsi kimi Zəngəzur marşrutunun reallaşması ilə bağlı sualını cavablandırarkən deyib.
O qeyd edib ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.
“Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar [Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı] çərçivəsində həyata keçirilir”, - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya yaxşı məlumdur.
“Biz müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edirik”, – o əlavə edib.
Oxşar xəbərlər
Zaxarova: Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdır
Rusiya XİN: Üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir
Rusiya XİN: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır”
Zaxarova: Rusiya Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası proqramı ilə tanışdır
XİN: Ermənistan Zəngəzur dəhlizində nəqliyyat axınına Rusiya FTX-nın nəzarətindən imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












