Avropa İttifaqı Azərbaycan və Ermənistanı normallaşma prosesində əlavə dəstəklə təmin etməyə hazırdır
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı sülh sazişi istiqamətində göstərdikləri davamlı səylərə görə təqdir edir.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.
Bildirilib ki, Aİ Azərbaycan və Ermənistanın istəyi olduğu halda normallaşma prosesi ilə bağlı tərəflərə əlavə dəstək verməyə hazırdır.
Qeyd edilib ki, Aİ Rəsmi Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı açıqlamaları alqışlayır:
"Biz həm Azərbaycanı, həm də Ermənistanı bu istiqamətdə son bir neçə il ərzində ikitərəfli formatda və beynəlxalq ictimaiyyətin iştirakı ilə göstərdikləri davamlı səylərə görə təqdir edirik".
Məlumatda o da vurğulanıb ki, hazırkı açıqlamalar regionda davamlı sülh və təhlükəsizliyə doğru həlledici addımdır:
"Bu sürəti saxlamaq və hər iki tərəfdən eyni perspektivli və kompromis yönümlü yanaşma ilə prosesin problemsiz başa çatmasını təmin etmək vacibdir. Biz tərəfləri saziş layihəsini mümkün qədər tez imzalamağa çağırırıq".
Oxşar xəbərlər
Aİ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Boçorişvili: Bakı və İrəvan arasında normallaşma davamlı sülh üçün zəmin yaradacaq
Blinken: Azərbaycan-Ermənistan sülh sazişi regiona sabitlik və rifah gətirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
