sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Boçorişvili: Bakı və İrəvan arasında normallaşma davamlı sülh üçün zəmin yaradacaq
Gürcüstan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında son dərəcə maraqlıdır.
“Report” xəbər verir ki, bunu İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan edib.
O bildirib ki, bu da şübhəsiz, regionun inkişafına və mövcud potensialdan tam istifadəyə şərait yaradacaq.
"Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında davam edən normallaşma prosesi hər iki tərəf üçün məqbul olan nəticə ilə başa çatacaq. Bu da regionda davamlı sülhün təmin edilməsinə zəmin yaradacaq. Gürcüstan regional əməkdaşlığın inkişafına töhfə verməyə həmişə hazırdır, fikrimizcə, bu, sabitliyə töhfə verəcək və hamı üçün faydalı olacaq", - o qeyd edib.
Oxşar xəbərlər
Gürcüstanın müdafiə naziri: Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə töhfə verməyə hazırıq
Türkiyə XİN: Cənubi Qafqazda daimi sülhün təmini üçün region ölkələri ilə işlər davam edəcək
Ararat Mirzoyan: Azərbaycanla münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlar davam edir
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













