Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərləri müavinlərinin görüşü başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2025
12:00

Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərləri müavinlərinin görüşü başlayıb

17 apr, 2025
12:00
842

Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərləri müavinlərinin görüşü başlayıb

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilir.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.

Görüşün məqsədinin üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşmək olduğu bildirilir.

“Görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. Üç ölkə üçün maraqlı ola biləcək istiqamətlər müəyyənləşdiriləcək, mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmaları inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirənin əsas istiqamətləri olacaq”, - Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya jurnalistlərə bildirib.

Bizimlə əlaqə saxlayın