“Dekolonizasiya: Sakit İnqilab” beynəlxalq konfransı öz işini yekunlaşdırıb - YENİLƏNİB
BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələrinin birgə təşkilatçılığı ilə keçirilən “Dekolonizasiya: Sakit İnqilab” beynəlxalq konfransı öz işini yekunlaşdırıb.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, tədbirdə Qvadelupa, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen-Marten, Reyunyon, Boneyra, Aruba, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası və digər dənizaşırı ərazilərdə fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri, insan hüquqları müdafiəçiləri, siyasətçilər və ekspertlər daxil olmaqla, 50-dən çox iştirakçı yer alıb.
BTQ-nin icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilən tədbirdə konfrans iştirakçıları ötən il Yeni Kaledoniyada Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışçılar təmsil etdikləri xalqların üzləşdiyi acınacaqlı durumla bağlı təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, müstəmləkə idarəçiliyinin fəsadları bu gün də davam edir. Xüsusilə Fransa və Niderland kimi müstəmləkəçi rejimlərin hələ də imperiya dövründə qurulmuş sistemlərdən faydalandığı bildirilib.
Bildirilib ki, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Qvadelupa, Uollis və Futuna, Martinik, Fransız Qvianası, Sen-Marten, Boneyra, Reyunyon və Mayot kimi ərazilər hazırda ədalətsiz ticarət sistemləri, qanunsuz maliyyə axınları və məcburi borc yükü ilə mübarizə aparırlar.
Çıxışlarda müstəmləkə zülmünə məruz qalmış xalqlara vurulan maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınmasının vacibliyi qeyd olunub. Müstəmləkə siyasətinin milyonlarla insanın istismarına, köləliyə, etnik ayrı-seçkiliyə və dərin sosial-iqtisadi böhranlara səbəb olduğu vurğulanıb.
Tədbir müzakirələr və yeni təşəbbüslər fonunda davam etdirilib. Konfransın sonunda yekun sənəd qəbul olunub və Bakı Təşəbbüs Qrupu tərəfindən “Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək” adlı petisiyanın başladıldığı elan edilib.
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə “Dekolonizasiya: Səssiz İnqilab” (Decolonization: Silent Revolution)” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, konsfrans BTQ-nin icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilir.
Konfransda dənizaşırı ərazilərdə - Qvadelupa, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen Martin, Reyunyon, Boneyra, Aruba, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianasında fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçiləri, insan haqları müdafiəçiləri, siyasətçilər, dekolonizasiya üzrə ekspertlər, o cümlədən Fransanın keçmiş müstəmləkələrindən olan nümayəndələri iştirak edir.
Qeyd edək ki, beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb.
Oxşar xəbərlər
BMT-də BTQ-nin təşkilatçılığı ilə dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
BMT-də Azərbaycanın ev sahibliyi etdiyi beynəlxaq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB
BMT-də dekolonizasiya konfransında ötən il Fransa polisi tərəfindən öldürülən mülki şəxsin xatirəsi anılıb
Bakı Təşəbbüs Qrupu BMT-nin mənzil-qərargahında beynəlxalq konfrans keçirir
Abbas Abbasov: Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
