Abbas Abbasov: Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir
Dekolonizasiya prosesində Azərbaycanın liderliyi yeni mərhələnin əsasını qoydu.
Bunu “Report”un ABŞ bürosuna müsahibəsində BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib.
O qeyd edib ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri BTQ-nun yaradılmasından öncə Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının sammit və konfranslarına qatılaraq ölkəmizin dəstəyini yaxından hiss ediblər və bu proses bu gün də davam edir:
“Son iki ildə 20-dən çox beynəlxalq konfrans təşkil etmişik, 12-dən artıq hesabat və 3 kitab dərc olunub".
A.Abbasov deyib ki, qurumun əsas hədəfi milli müqavimət və müstəqillik hərəkatlarına dəstəyi davam etdirməkdir: “1960-cı ildə başlayan dekolonizasiya prosesinin birinci dalğası Afrika ölkələrinin müstəqillik qazanması ilə nəticələndi. Düşünürəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və BTQ-nin fəaliyyəti sayəsində 2020-ci illər bu prosesin ikinci dalğası kimi tarixə düşəcək”.
O, BTQ-nin üzləşdiyi təzyiqlərə də toxunub: “Biz kiberhücumlara və konfrans iştirakçılarına qarşı edilən ənənəvi təzyiqlərə məruz qalırıq. Bu artıq ənənə halını alıb. Ancaq bu cür təzyiqlər bizi yolumuzdan döndərə bilməz. Fransa və Niderland müstəmləkəçiliyinə qarşı fəaliyyət göstərən bütün hərəkatlara dəstəyimizi davam etdirəcəyik”.
A.Abbasov vurğulayıb ki, bu gün qurumun dəstəklədiyi ərazilərin səsi artıq beynəlxalq platformalarda eşidilir: “BTQ olaraq, həmçinin dekolonizasiya prosesinin paytaxtı hesab edilən Bakı şəhərində bu konfransları təşkil etmişik. Dekolonizasiya mövzusunda 10-a yaxın konfransımız BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutub. Bundan əlavə, BMT-nin İnsan Hüquqları Şurasına və digər qurumlara illik hesabatlar təqdim edirik. Artıq BMT-nin müəyyən institutları Fransadan Yeni Kaledoniya və Fransız Polineziyadakı hadisələrlə bağlı xüsusi hesabatlar tələb edir”.
BTQ rəhbəri əlavə edib ki, qurum bu sahədə beynəlxalq beyin mərkəzi kimi də fəaliyyət göstərir.
Oxşar xəbərlər
BTQ-in icraçı direktoru: “Dekolonizasiya problemi kollektiv səylər tələb edir”
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu böyük beynəlxalq nüfuza sahibdir
Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda konfrans keçirilir
Abbas Abbasov BMT-də Bakının dekolonizasiya istiqamətində gördüyü işlərdən danışıb
BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-də beynəlxalq tədbirdə iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
