Boçorişvili: Gürcüstan Ermənistan və Azərbaycanın arxalana biləcəyi yerdir
Gürcüstan Ermənistan və Azərbaycan arasında istənilən səviyyədə dialoqun aparılmasına vasitəçilik etməyə hər zaman hazır olub və indi də hazırdır.
Gürcüstanın regiondakı rolu vurğulandı
APA xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Azərbaycan və Ermənistanla münasibətlər strateji səviyyədədir
“Gürcüstanın ənənəvi olaraq hər iki qonşusu ilə - Azərbaycan və Ermənistanla yaxşı münasibətləri olub. Azərbaycanla dostluğa və çox yaxşı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətləri var və bu, bizim regiondakı çox güclü aktivdir. Ermənistanla da bizim çox yaxşı münasibətlərimiz olub və bu yaxınlarda strateji tərəfdaşlığa yüksəlib. Bu da Gürcüstanın indiki vəziyyətdə malik olduğu yaxşı aktivdir."
Tərəflərə etibar edilə biləcək ölkə: Gürcüstan
"Bizim regionumuzda sülh və sabitliyin təşviqində səmimi niyətimiz var. Ona görə də, həmişə deyirik və indi də bunu təkrarlamaq istəyirəm ki, Gürcüstan Ermənistan və Azərbaycanın arxalana biləcəyi yerdir və biz regionumuzda dialoqu və əməkdaşlığı asanlaşdıracaq bütün mümkün vasitələri təmin edəcəyik. Cənubi Qafqazın böyük potensialı var”, - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Boçorişvili: Bütün qonşularla əməkdaşlıq edirik, Rusiya istisna olmaqla
Boçorişvili: Gürcüstan Ermənistan və Azərbaycanın həmişə güvənə biləcəyi ölkədir
Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri bir daha açıqlayıb
Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçıları Antalyada Cənubi Qafqazı müzakirə edirlər
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
