Mirzoyan Baydenin köməkçisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
sizinxeber.az xəbər saytı

Mirzoyan Baydenin köməkçisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib


Oktyabrın 22-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüş zamanı Ermənistan və ABŞ arasında ikitərəfli gündəliyin məsələləri, o cümlədən cari layihələr, müsbət dinamika və inkişafa yönəlmiş gələcək perspektivlər müzakirə edilib.

Ararat Mirzoyan və Maykl Karpenter regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son müzakirələrə toxunulub.

Oxşar xəbərlər

Ceyhun Bayramov Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Ermənistan XİN rəhbərləri regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mirzoyan bu gün Moskvaya gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda Azərbaycanla Ermənistan arasında sülh danışıqları keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər