Mixail Qusman: Azərbaycan Prezidentinin ADF-də iştirakı Türkiyə ilə yaxın dostluğun sübutudur
Azərbaycan Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı Antalya Diplomatiya Forumunda görəndə mən buna çox sevindim, çünki bu, Azərbaycanın Türkiyə ilə yaxın dostluğunun və əsl qardaşlıq əməkdaşlığının daha bir sübutudur.
Sizinxeber.az-nın Antalyaya ezam olunmuş əməkdaşının verdiyi xəbər görə, bunu Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.
Mixail Qusman Forumun əhəmiyyətini vurğulayıb: “Cənubi Qafqazdan Yaxın Şərqə, Rusiya-Ukrayna münaqişəsindən Afrika qitəsindəki problemlərə qədər dünyada müxtəlif çağırışlar var. Problemləri həll etmək üçün müzakirələrə, mövqeləri yaxınlaşdırmağa ehtiyac var”.
Mixail Qusman qeyd edib ki, Azərbaycanın Rusiya və Türkiyə ilə sıx əlaqələri var. O əlavə edib ki, xüsusən, 44 günlük müharibə və Zəfərdən sonra Türkiyənin Azərbaycanla münasibətlərinin daha da yüksək səviyyəyə çatması təbiidir.
“Azərbaycan Prezidentinin Forumda iştirakı qardaş ölkə ilə münasibətlərinin çox mühüm sübutu və göstəricisidir”, - Qusman vurğulayıb.
Oxşar xəbərlər
Qusman Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Moskvada Xəzəryanı ölkələrin informasiya agentlikləri alyansının təsis konfransı keçiriləcək
Prezident İlham Əliyevin iştirakı ilə Antalya Diplomatik Forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
