Moskvada Xəzəryanı ölkələrin informasiya agentlikləri alyansının təsis konfransı keçiriləcək
Bu ilin sentyabrında Rusiyanın paytaxtı Moskvada Xəzəryanı ölkələrin informasiya agentlikləri alyansının təsis konfransı keçiriləcək .
“Report”un Həştərxana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman IX Xəzər Media Forumu çərçivəsində “Xəzəryanı ölkələrin informasiya agentlikləri nümayəndələrinin görüşü” sessiyasında çıxışı zamanı deyib.
Bu təklifi İRNA, AZƏRTAC və “Kazinform” agentliklərinin nümayəndələri dəstəkləyib.
“İndiyədək dövlətlərimizin informasiya agentlikləri ikitərəfli formatda əməkdaşlıq edirdisə, indi biz faktiki olaraq vahid informasiya məkanı formatını həyata keçiririk. Moskvada, təsis konfransında biz bütün təşkilati və hüquqi məsələləri həll edəcəyik”, - Mixail Qusman vurğulayıb.
Xəzər media platforması məsələsinə gəlincə, o qeyd edib ki, bu format Xəzəryanı dövlətlərin informasiya resursları üçün açıq olmalıdır.
Oxşar xəbərlər
Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək
Həştərxandakı forumda Xəzəryanı Dövlətlərin İnformasiya Agentlikləri Alyansının yaradılması ilə bağlı müzakirələr aparılacaq - YENİLƏNİB
Həştərxanda Xəzəryanı Dövlətlərin İnformasiya Agentlikləri Alyansının yaradılması ilə bağlı müzakirələr aparılacaq - YENİLƏNİB
Həştərxanda “Xəzər bu gün” media platforması təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
