Hakan Fidan: Türkiyə bu gün Cənubi Qafqazda əməkdaşlıq yaradan bir aktordur
Fövqəladə proseslərin baş verdiyi bir dövrdə Antalya Diplomatik Forumunu keçiririk.
APA-nın xəbərinə görə, bunu Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
Hakan Fidan deyib ki, bu Forum dünyanın müxtəlif qütblərini bir araya gətirməkdədir: “Bu forum qısa müddətdə dünyada mötəbər bir platformaya çevrilib. Forumun builki mövzusu parçalanan dünyada diplomatiyanın rolu ilə bağlıdır. Vasitəçilikdən regional və qlobal əməkdaşlığa, problemlərin həll yoları ilə bağlı müzakirə aparacağıq. Bununla da diplomatiyanın yenidən önə çıxarmağı planlaşdırırıq”.
Türkiyə XİN başçısı qeyd edib ki, bu gün diplomatiyanı dəhlizlərdən və masalardan ibarət görmək yanlışdır: “Bu gün saniyələr içərisində dünyanın bir ucundan digərinə mesaj çatdırılır. Digər qlobal problemlər – enerji böhranı, kiberhücumlar, ticarət savaşları da qeyd olunmalıdır. Qlobal transformasiyanı yaşayırıq. Hazırkı mövcud beynəlxalq sistem problemləri həll edə bilmir. Ölkələr arasında etimad zəifləyir, itir. Silahlanma yarışı yenidən başlayıb. Beynəlxalq təşkilatların zəifləməsi ən ciddi sınaqlar olaraq qarşımıza çıxmaqdadır. Qaydasızlığın, özbaşınalığın hökmran olduğu bir gələcək istəmiriksə, təsirli diplomatiyaya ehtiyac var. İnşallah, bu yolla daha ədalətli bir dünya qurulacaq”.
Hakan Fidan nəzərə çatdırıb ki, bu gün BMT dünyanın tələblərini qarşılaya bilmir, güclülərin əlində vasitəyə çevrilib: “Bu, Qəzza böhranında da özünü göstərdi. Artıq mizraq çuvala sığmır. Ədalətə söykənməyən istənilən sistem yıxılmalıdır. Türkiyə böhranların mərkəzində, ancaq çözümlərin də mərkəzində duran bir ölkədir. Bu gün Türkiyə Ukraynada, Suridaya, Qəzzada sülhə çalışan bir ölkədir”.
Hakan Fidan onu da qeyd edib ki, Türkiyə bu gün Cənubi Qafqazda əməkdaşlıq yaradan bir aktordur.
Oxşar xəbərlər
Hakan Fidan: Türkiyə qlobal diplomatiyanın mərkəzinə çevrilib
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Hakan Fidan Qətərdə yunanıstanlı həmkarı ilə görüşüb
Hakan Fidan ABŞ-də səfərdədir
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yaxınlaşmışıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
