Xələf Xələfov Putinin köməkçisi ilə görüşüb
Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla görüşüb.
Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, 7-9 aprel 2025-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada işgüzar səfərdə olub.
Səfər çərçivəsində X.Xələfov Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov, Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin, Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavinləri Mixail Qaluzin və Andrey Rudenko ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin gündəliyi, onun institusional inkişafı və beynəlxalq təşkilata çevrilməsi məsələləri, o cümlədən qarşılıqlı fəaliyyət planı müzakirə olunub.
Görüşlərdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə konstruktiv dialoqa yüksək qiymət verilib, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın, o cümlədən parlamentlərarası təmasların davam etdirilməsinin vacibliyi qeyd edilib.
Danışıqlar zamanı məmnunluqla vurğulanıb ki, Azərbaycan və Rusiya arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlığı haqqında Bəyannamə ikitərəfli münasibətlərin əsasını təşkil edir və uzunmüddətli ikitərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Bu kontekstdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb və Azərbaycan tərəfini narahat edən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsinə xüsusi diqqət yetirilib.
Danışıqlar zamanı Cənubi Qafqazda və Xəzər regionunda uzunmüddətli sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.
“Görüşlər konstruktiv və işgüzar şəraitdə keçib", - deyə səfirliyin məlumatında bildirilib.
Oxşar xəbərlər
Xələf Xələfov Lavrovla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Moskvada Lavrovun müavini ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN başçısının müavini Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xələf Xələfov Lavrovla iki ölkə arasında münasibətlərin inkişafını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xələf Xələfov: Xəzərin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli Konvensiyanın daimi katibliyi yaradılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












