Azərbaycan səfiri Rusiya XİN müavininə Bakının sülh müqaviləsinə dair mövqeyini təqdim edib
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
“Sizinxeber.az”un Rusiya bürosunun məlumatına görə, söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səfərlər həyata keçirilib.
Azərbaycanın səfiri Rəhman Mustafayev xarici işlər nazirinin müavini Mixail Qaluzinə Ermənistanla sülh müqaviləsi məsələlərinə dair rəsmi Bakının mövqeyi barədə məlumat verib.
Tərəflər, həmçinin qarşıdan gələn 2025-ci ildə keçiriləcək ikitərəfli təmasların və yüksək səviyyəli səfərlərin cədvəlini müzakirə ediblər.
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev Sergey Lavrovla görüşüb
Azərbaycanla Rusiya ikitərəfli gündəliyi və regional prosesləri müzakirə ediblər
Azərbaycan səfiri Rusiya XİN başçısının müavini ilə görüşüb
Ermənistanın Moskvadakı yeni səfiri etimadnaməsini Rusiya XİN-ə təqdim edib
Azərbaycanın Rusiyadakı səfiri Lavrovun müavini ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













