Bəhreyn Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyini dəstəkləyir
sizinxeber.az xəbər saytı

Bəhreyn Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyini dəstəkləyir


Bəhreyn Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyini dəstəkləyir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu barədə Bəhreyn Krallığı Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Əl-Musalam Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə danışıb.

Bildirilib ki, görüş çərçivəsində hər iki ölkə parlamentinin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyasında əməkdaşlıq əlaqələrinə malik olduqları məmnunluq qeyd edilib.

Spiker Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının parlament ölçüsünün Azərbaycanın sədrliyi ilə fəaliyyəti barədə geniş məlumat verib. Tərəflər Parlament Şəbəkəsinin Daşkənd şəhərində keçiriləcək dördüncü konfransının da təşkilatın gələcək inkişafı baxımdan uğurlu olacağına inam ifadə ediblər.

Bəhreyn Krallığı Nümayəndələr Şurasının sədri Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyini dəstəklədiklərini qeyd edib.

Görüşdə ölkələr və parlamentlər arasında münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edilib.

Spiker Sahibə Qafarova iki xalq arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin münasibətlərin inkişafına müsbət töhfə verdiyini və bir sıra sahələrdə uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib.

Söhbət zamanı tərəflərin BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb. Nümayəndələr Məclisinin sədri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edərək vurğulayıb ki, Azərbaycanın sədrliyi təşkilatın inkişafında mühüm rol oynayıb.

Görüşdə qanunvericilik orqanlar arasında da səmərəli əməkdaşlıq qurulduğu vurğulanıb və bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı potensial olduğu qeyd edilib. Bununla yanaşı, parlament komitələri, deputatlar, parlament aparatları arasında əlaqələrin sıxlaşdırılması, qarşılıqlı səfərlərin təşkilinin ümumi münasibətlərə töhfə verə biləcəyi ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Sahibə Qafarova Özbəkistana səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pİ Baş katibi: Qoşulmama Hərəkatı Azərbaycanın təşkilata sədrliyi sayəsində güclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis və Parlamentlərarası İttifaq arasında əməkdaşlıq dərinləşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Parlament Məclisinin sədri Azərbaycan parlamentinin spikerinə təyyarə qəzası ilə əlaqədar zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova Venesuela Milli Assambleyasının sədr müavini ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər