Azərbaycanla Pakistan parlamentlərarası əlaqələrin genişləndirilməsini müzakirə edib
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Daşkənddə Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşü çərçivəsində parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, hər iki ölkənin parlamentləri arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da genişlənməsinə stimul verib. Ölkələrin həm ikitərəfli əsasda uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğu, həm də bütün beynəlxalq platformalarda bir-birini daim dəstəklədiyi vurğulanıb.
Qeyd olunub ki, iki ölkənin qanunverici orqanları əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova Senatın sədri ilə cari ilin fevralında Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayaraq qeyd edib ki, sıx təmaslar və müsbət dialoq parlamentlərin əməkdaşlığına xidmət edir.
Görüşdə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova qarşı tərəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib. Şəbəkənin Daşkənd şəhərində keçiriləcək dördüncü konfransının da vacib müzakirələrə, təşkilatın gələcək inkişafı baxımından uğurlu nəticələrə gətirib çıxaracağına inam ifadə edilib.
Senatın sədri Seyid Yusuf Rza Gilani Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyi ilə görülən işləri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini qeyd edərək söyləyib ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir. Sədr xalqlar arasında da təmasların vacibliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Milli Məclisin sədri pakistanlı həmkarı ilə görüşüb
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib
Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
